Çin dili müəllimi (Chinese Language Instructor)
StepbyStep International Hub
LinkedInGeneralTeaching/Trainingboth
LocationBaku Ekonomic Zone, Azerbaijan
CountryAzerbaijan
Work modeOn-site
LevelGeneral
FunctionTeaching/Training
Fieldboth
Employment typeGeneral
Posted14/10/2026
Job description
Şirkət: Step by Step International Hub İş yeri: Bakı, Azərbaycan İş rejimi: Yarımştat (Part-time) Şirkət haqqında Step by Step International Hub komandamızı genişləndirir və tələbələrimizə Çin dilini peşəkar, interaktiv və effektiv şəkildə tədris edəcək təcrübəli və motivasiyalı Çin dili müəllimi axtarır. Mərkəzimiz Oxford International Digital Institute-un Azərbaycandakı rəsmi tərəfdaşı olaraq beynəlxalq təhsil imkanlarını tələbələrimiz üçün əlçatan etməyə və yüksəkkeyfiyyətli tədris mühiti yaratmağa çalışır. Vəzifə öhdəlikləri HSK proqramlarına və ya ümumi Çin dili kurikulumuna uyğun dərslərin təşkili və tədrisi; Tələbələrin dil səviyyəsinin qiymətləndirilməsi və fərdi ehtiyaclarına uyğun tədris planlarının hazırlanması; Tələbələrin danışıq, yazı, oxu və dinləmə bacarıqlarının inkişaf etdirilməsi; Müntəzəm qiymətləndirmələrin aparılması və tələbələrin irəliləyişinin izlənilməsi; Çin dili və mədəniyyətinə marağı artıran interaktiv tədris metodlarının tətbiqi; Müxtəlif yaş qruplarından olan tələbələrlə effektiv ünsiyyətin qurulması. Namizədə dair tələblər Çin dili müəllimliyi, tərcüməçilik, şərqşünaslıq və ya əlaqəli sahə üzrə ali təhsil; Çin dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı; HSK 5 və ya HSK 6 sertifikatının olması üstünlükdür; Çin dilinin tədrisi sahəsində minimum 1–2 il iş təcrübəsi; Uşaqlar və böyüklərlə işləmək bacarığı; Güclü kommunikasiya, təqdimat və pedaqoji bacarıqlar; Məsuliyyətlilik, təşəbbüskarlıq və tələbəyönümlü yanaşma. Biz nə təklif edirik? Beynəlxalq təhsil mühitində işləmək imkanı; Rəqabətədavamlı və fəaliyyət nəticələrinə əsaslanan əməkhaqqı; Müasir və dəstəkləyici iş mühiti; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Çevik iş qrafiki. Çin dilinin tədrisinə həvəsli və müvafiq təcrübəyə malik namizədləri komandamıza qoşulmağa dəvət edirik.